Xəzər rayonu Mərdəkan bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbədə növbəti ağacəkmə aksiyası keçirilib. Aksiya qəsəbənin giriş hissəsində olan “Yaşıl məkan” adlandırılan ərazisində baş tutub və gün ərzində əraziyə 175 şam ağacı əkilib.
Bələdiyyə üzvlərinin və qulluqçularının və üzvlərinin iştirakı ilə həyata keçirilən aksiya zamanı yeni əkilən ağac tingləri suvarılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib.
Bələdiyyə tərəfindən atılan bu addım təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çox mühüm əhəmiyyətə malikdir. Bu layihə eyni zamanda yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə Mərdəkan bələdiyyəsindən olan böyük töhfədir.
Beeldiyye.info
|
|
|
|
|
|
|
|
|
|